"Barselona" heyətinə yeni futbolçu cəlb edib.
"Unikal" klubun "Facebook" hesabına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi "Rasinq"in yarımmüdafiəçisi Pabo Torre ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayıb. Bu transfer "Barselona"ya 5 milyon avroya başa gəlib. Beləliklə, 19 yaşlı ispan oyunçu yay transfer pəncərəsində "Barselona"ya keçən ilk futbolçu olub.
Qeyd edək ki, Torre ötən mövsüm İspaniya ikinci divizionunda 11 matçda iştirak edib və 1 qol vurub.