Fransa, Almaniya və İtaliya liderləri iyunun 16-da Ukraynaya səfər edəcəklər.
"Unikal" xəbər verir ki, - Emmanuel Makron, Olaf Şolts və Mario Draqinin Kiyevə gəlişini Avropa İttifaqının yüksək rütbəli diplomatları və rəsmiləri də təsdiqləyib.
Dövlət və hökumət başçıları Avropa Komissiyasının Aİ-yə namizədlik statusu ilə bağlı qərarını açıqlamadan öncə dəstək ifadə etmək üçün Ukrayna lideri Volodimir Zelenski ilə görüşməyi planlaşdırırlar.
Avropalı diplomatların fikrincə, Avropa Komissiyasının Ukraynaya namizəd statusunun verilməsini tövsiyə edəcəyi gözlənilir.