"Taliban" nümayəndələri və Donetsk Xalq Respublikasının lideri Denis Puşilin Sankt-Peterburq Beynəlxalq Forumuna xarici qonaq qismində gəlib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Forumda "Taliban" ekstremist qruplaşmasının üzvü olan Əfqanıstan Ticarət Palatasının rəhbərinin müavini görüntülənib.
"Taliban" nümayəndəsi jurnalistlərə açıqlamasında “10-20 gün əvvəl” rusiyalı iş adamlarının Əfqanıstana gəldiklərini bildirib.
Forumda rusiyalı estrada müğənnisi Filip Kirkorov və Vovan və Lexus də görüntülənib. Bundan başqa, qonaqları “Dünyaşa” adlı robot qarşılayıb, adamın adını soruşub, dondurma və kofe təklif edib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinin iyunun 17-də foruma gələcəyi gözlənilir.
Gülayə Mecid