İndi Cənubi Qafqazda sülhü bərqərar etmək və əməkdaşlıq qurmaq vaxtıdır. Azərbaycan bunun üzərində işləyir.
"Unikal" xəbər verir ki, bunu Prezident İlham Əliyev “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimindəki çıxışında bildirib.
Ermənistanla münasibətlərin normallaşdırılması prosesindən danışan Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan tərəfi sülh sazişi üzərində işə başlamaq təklifi irəli sürüb.
“Ermənistan buna cavab vermədi. Sonra biz daha bir addım atdıq. Biz beynəlxalq hüququn beş əsas prinsipini, o cümlədən hər iki ölkənin ərazi bütövlüyünün tanınmasını, həmçinin indi və gələcəkdə qarşılıqlı olaraq hər hansı ərazi iddialarından çəkinmək təklifini irəli sürdük”, - deyə dövlətimizin başçısı vurğulayıb.