Cari ildə həyata keçirilən əməliyyatların 69 faizi elektron daşıyıcılar vasitəsilə aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz bəndi çoxdur.
"Unikal" xəbər verir ki, bunu Azərbaycan Banklar Assosiasiyasının sədri Zakir Nuriyev deyib. O bildirib ki, pandemiyadan əvvəl elektron ödənişlər 4,3 milyard manat idisə, bu ilin ilk 4 ayı ərzində bu rəqəm 6 milyard manat olub.
"Cari ildə banklarda aparılan əməliyyatların sayca 75 faizi, həcmcə 40 faizi nağdsız hesablaşmaların payına düşür. Ən böyük artım elektron ticarətlə bağlıdır. Belə ki, 2022-ci ilin aprelində bank kartlarından elektron ticarətdə istifadə 2,8 dəfə artıb. Bank kartlarının sayı 2 milyon ədəd yaxud 22 faiz artaraq 11,9 milyona çatıb".