Zəngəzur dəhlizi də artıq açılmalıdır. Bu dəhliz Avropa və Asiya arasında əlaqənin daha səmərəli bərpası, ticarət əlaqələrinin inkişafı üçün çox böyük əhəmiyyətə malikdir.
"Unikal" xəbər verir ki, bunu “Qlobal dünya nizamına təhdidlər” mövzusunda Bakıda işə başlayan Qlobal Bakı Forumunun açılış mərasimində Türkiyənin Ədalət və İnkişaf Partiyası Sədrinin birinci müavini, Türkiyənin sabiq Baş naziri Binəli Yıldırım deyib.
Sabiq Baş nazir bildirib ki, 26 il müddətində ATƏT-in Minsk Qrupunun fəaliyyəti heç bir nəticə verməyib, nəhayət, Azərbaycan torpaqlarını özü işğaldan azad edib.
“Beynəlxalq təşkilatlarda islahatların aparılması zərurətə çevrilib. Biz qırx ildir terrorla mübarizə aparan və şəhidlər verən ölkəyik. Bu günlərdə Rusiya-Ukrayna müharibəsində avropalı dostlarımızın yaşadığı çətinlikləri 10 ildir yaşayırıq. İnanırıq ki, artıq Avropa bizimlə bağlı terror təhdidini daha yaxşı anlayacaq”, - deyə B.Yıldırım vurğulayıb.