Xalq artisti Şeyx Əbdül Mahmudov məşhur "Qayınana" filmi ilə bağlı qalmaqallı sözlər söyləyib.
"Unikal" xəbər verir ki, rejissor sözügedən ekran işini tənqid edib və Azərbaycan ədəbiyyatına, əxlaqına xas olmayan əsər adlandırıb. Bu haqda "Gəl danış" proqramında bəhs edən Şeyx Əbdül sözlərinə belə davam edib:
"Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, ümumiyyətlə, "Qayınana" əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə "evlər yıxan" aktyorlardan biri olmuşdur. Sonradan acınacaqlı taleyi oldu. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir? Əvvəl tamaşası oldu, sonra da filmi çəkildi".
Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə lentə alınıb. Ekran işində SSR Xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, Xalq artistləri İlham Namiq Kamal və başqaları rol alıblar.