Slovakiya hakimiyyəti Ukraynaya beş Mi tipli helikopter, həmçinin “Hail” reaktiv yaylım atəşi sistemi üçün minlərlə sursat təhvil verib.
"Unikal" xəbər verir ki, bu barədə Slovakiyanın müdafiə naziri Yaroslav Nağı “Twitter” səhifəsində məlumat verib.
"Mən təsdiq etməkdən məmnunam ki, minlərlə 122 mm-lik Slovakiya “Qrad” raketi və beş Mi seriyalı helikopter təhlükəsiz şəkildə Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib",- o yazıb.
Nadiyanın sözlərinə görə, bu gün bütün demokratik dünya Ukraynaya Rusiyanın təcavüzündən müdafiə olunmağa kömək edir.
Gülayə Mecid