Böyük Britaniyanın daxili işlər naziri Priti Patel WikiLeaks-in qurucusu Culian Assangın ABŞ-a ekstradisiya edilməsi barədə qərarı imzalayıb.
"Unikal" xəbər verir ki, Assange qərardan şikayət etmək üçün 14 gün vaxt verilib. Böyük Britaniyanın daxili işlər naziri Priti Patel Wikileaks-in yaradıcısı Culian Assangın casusluq ittihamı ilə ABŞ-a ekstradisiyasını təsdiqləyib.
Belə ki, məhkəmənin qərarı nazirlik tərəfindən təsdiqlənərək, hüquqi prosesin davam etdirilməsinə zəmin yaradıb.
Bildirilib ki, Culian Assang 2 həftə ərzində ABŞ-a ekstradisiya qərarından Böyük Britaniya Ali Məhkəməsinə şikayət edə bilər.
Digər tərəfdən, Assangın müraciəti rədd edilərsə, onun 28 gün ərzində deportasiya ediləcəyi gözlənilir.
Wikileaks ekstradisiya qərarını “mətbuat azadlığı üçün acı gün” kimi qiymətləndirib.
Gültəkin Ələsgər