İyunun 20-də Fransa meydanına toplaşan Müqavimət Hərəkatının üzvləri hakim “Mülki Müqavilə” partiyasının ofisinə, eləcə də Ermənistan Polisi və Milli Təhlükəsizlik Xidmətinin binalarına yürüş etmək niyyətindədirlər.
"Unikal" erməni KİV-inə istinadən xəbər verir ki, “Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Manukyan daha əvvəl iclasın çağırıldığını açıqlayıb.
“Bir gün əvvəl hakim partiyanın nümayəndələrinin iştirakı ilə növbəti qanlı insident baş verdi. Nəticədə 3 nəfər ölüb, 4 nəfər yaralanıb. Bu, indiki hakimiyyətin növbəti təkəbbürlü və cinayətkar davranışıdır. Bu ab-havaya, icazəliliyə cavabdeh və məsul olanlar tez bir zamanda getməlidirlər. Bu qanlı proses dayandırılmalıdır” deyə yazıb.
Gültəkin Ələsgər