Azərbaycan Respublikasının Baş Prokurorluğu Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçunun ölməsi faktı ilə bağlı KİV-dən daxil olan sorğuya münasibət bildirib.

Baş Prokurorluğun mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, iyunun 29-da Əlahiddə Ümumqoşun Orduda xidmət edən hərbi qulluqçu əsgər Məmmədli Fazil Məzahir oğlunun xüsusi texnika ilə ehtiyatsız davranılması nəticəsində aldığı xəsarətlərdən ölməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanmaqla hazırda Hərbi Prokurorluqda istintaq aparılır.