AK Partiya Elazığ Millət vəkili Zülfü Dəmirbağ qatıldığı proqramda deputat maaşlarından və ölkədəki bahalaşmadan şikayətlənib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, iyul ayında növbəti artımla 56 min lirə ( 5 600 AZN-dən çox) maaş alacağı gözlənilən Dəmirbağ, "Bu maaşla vicdanlı adam deputat ola bilməz, çox çətindir. Hazırda utanıram. Bilirsiniz niyə? Çünki müşavirlərimə borcum var, maaşımı gözləyirəm”, - deyib.
Bununla yanaşı, proqramda "Ayda 2 kilo ət yesməkdənsə, yarım kilo yeyək" deyərək yaşayış bahalığından şikayət edib.
Deputatın bu açıqlaması Türkiyə mediasında gündəm yaradıb.
Gülayə Mecid