İtaliyanın şimalında güclü fırtına baş verib. Fırtınanın təsiri ilə yoldan keçən avtomobilin üzərinə ağac aşıb.Təbii fəlakət nəticəsində 1 nəfər həyatını itirib.  

"Unikal" xəbər verir ki, İtaliyanın şimalında Lombardiya və Emilia Romagna bölgələrində təsirli olan fırtına can və mal itkisinə səbəb olub.

Emilia Romagna bölgəsində yerləşən Piacenzada fırtınanın təsiri ilə dağılan anbar divarının altında qalan 1 nəfər həyatını itirib. Fiorenzuola xəstəxanasının damı uçub, xəstələr təxliyə edilib. Lombardiya bölgəsində yerləşən Cremona şəhərində ağacların aşması səbəbindən bir çox yollar nəqliyyata bağlanıb, bəzi ağaclar isə yoldakı nəqliyyat vasitələrinin üzərinə düşüb.
Fırtınanın vurduğu ərazilərdə zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi və bir neçə gün çəkəcəyi bildirilib.