Sumqayıtda keçmiş polis əməkdaşı intihar edib.
"Unikal" xəbər verir ki, hadisə bu gün axşam saatlarında Sumqayıt şəhərindəki Şəhidlər xiyabanı ərazisində baş verib.
Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin sabiq əməkdaşı, polis serjantı, 1996-cı il təvəllüdlü Fuad Ağayev xiyaban ərazisindəki ağacdan özünü asıb.
Ərazidəki sakinlər onun asılmış meyitini aşkar edərək hüquq-mühafizə orqanlarına məlumat verib.
Faktla bağlı araşdırma aparılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, intihar edən şəxs hazırda polis əməkdaşı deyil.