Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun əsgəri Manafzadə Ruslan Şərif oğlu avtomat silahdan açılmış atəş nəticəsində ölüb.

"Unikal"ın əldə etdiyi məlumata görə, həlak olan əsgər Şəki rayonunun Baltalı kəndindəndir. 

Onun atası bir müddət öncə vəfat edib. M.Ruslan anası və özündən böyük qardaşı ilə yaşayırmış. 

Faktla bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb. Hazırda istintaq aparılır.

Ağarza Elçinoğlu