Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Elvin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Unikal" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Hökmə əsasən, Eş Hüseynovun cinayətdə iştirakı sübuta yetirilməyib və ona bəraət verilib.
E.Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
İttihama görə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri ilk əməliyyat zamanı narkotiklərin satışı ilə məşğul olan Elvin Hüseynov saxlanılıb. Bu şəxsdən 5 kiloqram 10 qram heroin və narkotik vasitələrin satışında istifadə etdiyi elektron tərəzi aşkar olunub.