Almaniyanın daxili işlər naziri Nensi Feser və sosial işlər naziri Hubertus Qeyl Ukraynaya səfərə gəliblər.

Bu barədə "Unikal"  "Der Spiegel"ə istinadən xəbər verir.

"Federal Daxili İşlər Naziri Nensi Feser və Sosial İşlər Naziri Hubertus Geil (hər ikisi Almaniya Sosial Demokrat Partiyasından) Ukraynaya səfərə gəliblər. Səfərin əvvəlində SPD siyasətçiləri müharibənin xarabalığa çevrilmiş şəhərini ziyarət etmək istəyiblər”, - deyə KİV-də qeyd edilib.

Hər iki alman nazir üçün bu, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalının başlamasından sonra Ukraynaya ilk səfərdir.

Gülayə Mecid