Quba – Xaçmaz yolundakı dəhşətli qəzada vəfat edənlərdən biri C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub.

"Unikal" qafqazinfo-ya istinadən xəbər verir ki, o, “Şahdağ Cəlil” adı ilə tanınıb.

C.Güləhmədov özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

18:25

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" apa-ya istinadən xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Armudpadar kəndi ərazisində qeydə alınıb.
“BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov ölüb.

Quba rayon sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.