Yevlaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

"Unikal"-ın məlumatına görə, Xanabad kəndi isiqamətində qeydə alınıb. "Hyundai" markalı minik maşınının traktorla toqquşması nəticəsində  1985-ci il təvəllüdlü Gülövşə kənd sakini Allahverdiyev Tahir Mahir oğlu aldığı xəsarətlərindən yerindəcə keçinib. Daha bir sərnişin isə ağır kəllə beyin travması ilə xəstəxanaya  yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov