Bakıda yaşayış binasında yanğın baş verib.

"Unikal" FHN-in saytına istinadən xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan elektrik lövhəsində 10 ədəd sayğac, 10 ədəd qoruyucu açar və 0,8 p.m kabel yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.