"Liverpul"un "Fulhem"lə oyunda zədələnən futbolçusu Tiaqo Alkantaranın durumu müəyyənləşib.
"Unikal" xəbər verir ki, yarımmüdafiəçi 6 həftəlik sıradan çıxıb. Bu barədə "The Athletic" nəşri məlumat yayıb. Xəbərə görə, Tiaqo sentabrın ortalarında yaşıl meydanlara qayıdacaq.
Qeyd edək ki, ispaniyalı oyunçu zədə səbəbindən Premyer Liqada "Kristal Palas", " Mançester Yunayted", "Bornmut", "Nyukasl","Everton", "Vulverhempton"la keçiriləcək görüşləri buraxacaq.