İndoneziyada 5,5 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, ABŞ Geoloji Xidməti ( USGS ) 5,5 bal gücündə zəlzələnin Nusa Duadan 49 kilometr cənub-şərqdə, 140,9 kilometr dərinlikdə olduğunu açıqlayıb.
Zəlzələdən sonra insan tələfatı və dağıntılar barədə məlumat verilməyib.