Ukraynada müharibədə həlak olan azərbaycanlı Hüseynov Səid Vasif oğlunun nəşi Azərbaycana göndərilib.
"Unikal" report-a istinadən xəbər verir ki, həmyerlimizin nəşi Kiyevdə morqa gətirilərək, oradan azərbaycanlıların dəstəyi ilə Moldova vasitəsilə ötən gün Bakıya göndərilib.
Nəşin yola salınmasında Kiyevdə yaşayan bir qrup həmyerlimiz iştirak edib.
Qeyd edək ki, Hüseynov Səid bir neçə gün əvvəl Nikolayev vilayəti istiqamətində gedən döyüşlərdə həlak olub.