Xalq artisti, "Uşaqlığın son gecəsi"-nin Muradı, Azərbaycan kinosunun yeddi oğlundan biri, sevilən kino aktyoru Ənvər Həsənovun səhhəti ağırlaşıb.
"Unikal" xəbər verir ki, aktyor uzun müddətdir xəstəlikdən əziyyət çəkir.
O, hazırda Mərdəkanda, 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında müalicə alır.
Qeyd edək ki, xalq artisti Ənvər Həsənovun 17 avqustda 72 yaşı tamam olub. Bir müddət əvvəl medsiaya açıqlama verən aktyor maddi vəziyyətindən və səhhətindən gileylənmişdi: “Ayaqlarım tutulub, güc-bəla ilə gəzirəm. Yüksək təzyiqim, şəkərim var. Ad günümdə, kino günündə gözlədim ki, yəqin mənə də prezident təqaüdü verərlər. Onu da vermədilər. Bu pula həqiqətən də ehtiyacım var. Nə dərmanlarımı ala bilirəm, nə də kommunal borclarımı ödəyə bilirəm. Bu il təqaüd verilmədi, gələn ilə isə sağ qalmaram. Nazirlik heç quru təbrik də etmədi” deyə sənətkar bildirmişdi.