Azərbaycanın şanlı Qələbəsi ilə yekunlaşan Vətən müharibəsi siyasi, diplomatik müstəvidə uğurla davam edir. Respublikamız addım-addım öz mühüm vəzifəsinə doğru inamla irəliləyir. Prezidenimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi uzaqgörənliyi, diplomatik bacarığı, Azərbaycan Ordusunun rəşadəti sayəsində bu gün artıq Laçın şəhərindəyik, Zabux və Sus kəndlərindəyik. Dövlətimiz istər döyüş meydanında, istərsə də informasiya cəbhəsində sübut etdi ki, Qarabağ və Şərqi Zəngəzur əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar deyil, məhz ermənilər bu torpağa gəlmədirlər.
Azərbaycanın əsas hədəfi regionda sülhün qorunub saxlanılması, ölkəmizin suverenliyinin tam bərpası, beynəlxalq təşkilatların qəbul etdiyi ümumbəşəri sənədlərin icrası və əmin-amanlığı uzunmüddətli prosesə çevirməkdir. Bu proses isə öz növbəsində Azərbaycanla yanaşı, regionun sosial-iqtisadi rifahına, sülhə və təhlükəsizliyə birbaşa təsir göstərəcək.
Azərbaycan həm də məsuliyyətli, ləyaqətli dövlət olduğunu bütün dünyaya sübut etdi. Belə bir güclü Azərbaycanla dünya ölkələri, beynəlxalq təşkilatlar da əməkdaşlıq etməyə hazırdır. Vətən müharibəsinin yekunlaşmasından keçən qısa müddətdə azad olunmuş ərazilərdə avtomobil və dəmir yolları, körpülər, tunellər çəkilir, sosial infrastruktur qurulur, kəndlər, şəhərlər salınır, tarixi-dini irsimiz yenidən bərpa edilir, beynəlxalq hava limanları tikilir. Bütün bunlarla yanaşı ölkəmiz 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarına uyğun şəkildə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.
Bəyanatın şərtlərinə uyğun olaraq Laçını tərk edən ermənilər ölkəmizin onlar üçün yaratdığı şəraitdən, göstərdiyi humanizmdən sui-istifadə edərək Kəlbəcərdə törətdikləri barbarlığı, vəhşiliyi Laçında da təkrarladılar. Evlərə, meşələrə od vuran ermənilər faşizm ideologiyasına sadiq olduqlarını açıq şəkildə nümayiş etdirdilər. Ermənilərin Azərbaycanın əzəli torpaqlarını tərk edən zaman törətdikləri vəhşiliklər də onların əsl simalarının təqdimatında mühüm rol oynayır. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda azərbaycanlılara məxsus tarixi coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən Suriyadan gətirilmiş ermənilərin məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni işlər görüblər. Onların torpaqlarımızı boşaldarkən törətdikləri cinayətlərə dünyanın susmasını artıq Azərbaycan ictimaiyyəti təəccüblə qarşılamır. Çünki beynəlxalq hüquq adı altında "beynəlxalq ədalətsizlik" artıq adi hala çevrilib. Ancaq dövlətimizin müdrik lideri ustalıqla beynəlxalq hüququn verdiyi öhdəlikləri əldə etməyə nail olur.
Qeyd etmək istəyirəm ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya, Ermənistan liderlərinin 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatında öz əksini tapıb. Bundan əlavə, 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli bəyanatda da Zəngəzur dəhlizinin açılması, istifadəyə verilməsi təsbit edilib. Bu baxımdan, növbəti hədəf Zəngəzur dəhlizidir!
Əhliman Əmiraslanov
Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik
"Növbəti hədəf Zəngəzur dəhlizidir!" - Əhliman Əmiraslanov
09:51 30-08-2022
CƏMİYYƏT
Digər Xəbərlər
2024-11-13 15:14:00
2024-11-13 14:26:11
2024-11-13 14:21:00
2024-11-13 13:57:00
2024-11-13 13:32:34
2024-11-13 12:47:25
2024-11-13 12:11:44
2024-11-13 12:01:42
2024-11-13 11:56:53
2024-11-12 20:44:47
2024-11-12 16:20:29
2024-11-12 14:13:03
2024-11-12 13:29:02
2024-11-12 13:13:50
2024-11-12 12:54:58
2024-11-12 12:33:58
2024-11-12 12:18:53
2024-11-12 12:17:29
2024-11-12 12:05:22