Avqustun 26-da Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçən kimi, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq sözügedən ərazilərin ən qısa vaxtda elektrik enrjisi ilə təchiz edilməsi üçün təxirəsaslınmaz işlərə başlanılıb.
"Unikal" xəbər verir ki, “AzəEnerji” tərəfindən Laçın şəhərində ermənilər tərəfindən tamamilə dağıdılmış mövcud yarımstansiyanın ilkin bərpası istiqamətində fasiləsiz işlər görülüb, əraziyə transformatorlar, lazımı avadanlıq və texnika gətirilərək cəmi 4 sutka ərzində sürətlə iş aparılaraq ölkə enerji sistemi ilə əlaqələnmiş sistem şəbəkəsi yaradılıb.
Nəticədə Laçın şəhəri, Zabux və Sus kəndlərində Azərbaycan işığı yandırılıb. Hazırda paylayıcı şəbəkənin bərpa edilməsi üçün “Azərişıq” əməkdaşları Laçın şəhəri, Zabux və Sus kəndlərindəki hərbi və mülki obyektləri enerji ilə təmin edib digər zəruri tədbirləri həyata keçirir.