ABŞ-da meymunçiçəyindən ilk ölüm haqlı qeydə alınıb.
"Unikal" xəbər verir ki, virusdan ölüm halı Texas ştatında baş verib.
Ölən şəxs bir sıra əlavə xəstəliklərdən əziyyət çəkən Harris qraflığının sakini olub. Yerli səhiyyə departamentinin mətbuat xidmətindən verilən məlumata görə, xəstənin ölümünün əsas səbəbinin meymunçiçəyi olub-olmadığı bəlli deyil və ölümdən sonra aparılan müayinənin nəticələri daha sonra açıqlanacaq.
ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması üzrə Federal Mərkəzlərinin məlumatına görə, hazırda ölkədə 18 mindən çox meymuna yoluxma hadisəsi qeydə alınıb. Yoluxma sayına görə liderlər müvafiq olaraq 3291 və 3197 hadisənin qeydə alındığı Kaliforniya və Nyu-York ştatlarıdır. Son məlumatlara görə,Texas ştatında meymunçiçəyi xəstəliyinə yoluxma hallarının 1604-ü müəyyən edilib.
Meymunçiçəyi, əsasən, mərkəzi və qərbi Afrikanın ucqar ərazilərində tropik yağış meşələrinin yaxınlığında baş verən nadir virus xəstəliyidir. Bu xəstəliyin heyvandan insana ilk ötürülməsi halı 1970-ci ildə Konqo Demokratik Respublikası ərazisində qeydə alınıb. ÜST-nin məlumatına görə, bu virus insanlara gəmiricilər və primatlar kimi vəhşi heyvanlardan ötürülür və onun insandan insana ötürülməsi halı məhduddur. Tipik olaraq, meymunçiçəyi epidemiyaları üçün ölüm nisbəti 1% ilə 10% arasındadır. Ölümlərin əksəriyyəti gənc yaş qruplarında baş verir.`