“Bizə F-35-ləri verməmələri və ya aldığımız müdafiə sistemlərinə reaksiya verməmələri bizi maraqlandırmır. Bizdən imtina edilən istənilən məhsulu istehsal etmək iqtidarındayıq”
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaraya F-35 qırıcıları satmaması barədə qərarını şərh edərkən deyib.
Ərdoğan həmçinin Yunanıstanın NATO -ya meydan oxumasından da danışıb. Onun sözlərinə görə, ölkə Türkiyə təyyarələrinin təqibində S-300-dən istifadə edərək Şimali Atlantika Alyansına qarşı çıxıb. Afina Ankaranın hərbi tərəfdaşı deyil, Türkiyə prezidenti xatırladıb.