Mərhum Britaniya şahzadəsi Diananın idarə etdiyi Ford Escort RS Turbo Series 1 851 min dollara satılıb.
"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Hərraca görə, bu model Uels şahzadəsinin 1985-1988-ci illər arasında sahib olduğu sonuncu avtomobildir.
31 avqust 1997-ci ildə şahzadə Diana Parisdə Sena sahilində Alma körpüsünün qarşısındakı tuneldə avtomobil qəzasına düşüb.