Pakistanda iyunun 14-dən bəri davam edən musson yağışları nəticəsində ölənlərin sayı 1162-yə yüksəlib.
"Unikal" xəəbr verir ki. Pakistan Milli Fəlakət İdarəetmə Agentliyinin (NDMA) məlumatına görə, ölkədə son 24 saatda 36 nəfər ölüb.
"İyunun 14-dən etibarən ölkə daxilində davam edən leysan yağışlarında həyatını itirənlərin sayı 1162, yaralıların sayı isə 3554-ə yüksəlib",- deyə məlumatda qeyd olunub.
Ölkədə yağan güclü yağışlardan 33,4 milyon insan zərər çəkib.