Aydının Kuşadası sahillərində 15 dəqiqə aralıda iki zəlzələ baş verib. Saat 12:56-da baş verən 4,7 bal gücündə zəlzələdən sonra 5,1 bal gücündə daha bir zəlzələ olub. Qorxunc zəlzələlər İzmir, Aydın və Muğlada da hiss olunub.
"Unikal" xəbər verir ki, bu barədə Türkiyənin Afət və Fövqəladə Hallar Rəhbərliyi məlumat yayıb.
Bildirilir ki, saat 12:56-da Kuşadası mahalı sahilindən 15,44 kilometr aralıda, 7,3 kilometr dərinlikdə baş verən zəlzələ rayon mərkəzi və ətrafında bir qədər hiss olunub.