Ekvadorda nəsli kəsilməkdə olan dörd Qalapaqos tısbağası öldürülərək yeyilib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, "La Isabela Milli Parkı"nda sözügedən tısbağaların qalıqları aşkar edildikdən sonra yerli prokurorluq araşdırmalara başlayıb.
Qeyd edək ki, nəsli kəsilməkdə olan bu heyvanların öldürülməsi 1933-cü ildən Ekvador hakimiyyəti tərəfindən qadağan edilib və sonradan onları ovlayanlar üçün üç ilə qədər həbs cəzası tətbiq olunub.