Beynəlxalq Atom Enerjisi Agentliyinin ( MAQATE ) missiyasının üzvləri Zaporojyaya gəliblər.
"Unikal" xəbər verir ki, bu barədə Almaniyanın "Zeit" nəşri məlumat yayıb.
"MAQATE-nin 14 mütəxəssisindən ibarət komanda 20 maşından ibarət karvanla şəhərə gəlib. Səhər saatlarında nümayəndə heyəti Kiyevdən yola düşüb. Mütəxəssislər Rusiyanın işğalı altında olan Enerqodardakı Zaporijjya AES-ə baş çəkmək niyyətindədirlər", - deyə KİV qeyd edib.
Bildirək ki, ruslar bir neçə həftə ZNPP-ni Ukraynanın üzərinə ataraq atəşə tutublar. MAQATE elektrik stansiyasının yoxlanılmasında dəfələrlə təkid edib. Missiyanın bir neçə gün davam edəcəyi gözlənilir.