Egey dənizində Yunanıstanın Samos adası yaxınlığında 5,2 bal gücündə güclü zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, bu barədə “Ekathimerini” məlumat yayıb.
Afina Milli Rəsədxanasının Geodinamika İnstitutunun məlumatına görə, yeraltı təkanların episentri Pifaqor şəhərindən 17 kilometr cənub-qərbdə, 12,8 km dərinlikdə yerləşib.
Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat yoxdur.