Rusiya hökuməti 2022-ci il sentyabrın 1-dən 2023-cü ilin fevral ayının sonuna qədər tullantı və qiymətli metal qırıntılarının ixracını qadağan edib.
"Unikal" xəbər verir ki, Nazirlər Kabinetinin mətbuat xidməti bu barədə məlumatı hüquqi informasiyanın rəsmi internet portalında yayıb.
“2022-ci il sentyabrın 1-dən 28 fevral 2023-cü il daxil olmaqla, Rusiya Federasiyasından tullantıların və qiymətli metal qırıntılarının ixracına müvəqqəti qadağa qoyulsun”, - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, qadağaya həmçinin üzlənmiş qiymətli metallar (yəni adi metalların üzərinə çökdürülmüş) və qiymətli metalların çıxarılmasında istifadə olunan qiymətli metal birləşmələri də daxildir. Qadağa bu elementlərin ölkənin daxili bazarı üçün yüksək əhəmiyyət kəsb etdiyi üçün tətbiq edilib.
Hökumət İqtisadi İnkişaf Nazirliyinə Avrasiya İqtisadi Komissiyasına qadağa barədə məlumat verməyi tapşırıb .