ABŞ ordusuna məxsus 400-dən çox CH-47 Chinook hücum helikopterinin uçuşları bir sıra mühərrik yanğınları səbəbindən dayandırılıb.
"Unikal" xəbər verir ki, bu barədə “The Wall Street Jourmal” “ABŞ rəsmilərinə” istinadən məlumat yayıb.
Nəşrdə yer alan xəbərə görə, son günlər mühərrikdə yanğınlar yanacaq sızması səbəbindən baş verib, insidentlər nəticəsində xəsarət alan olmayıb.
Planlı təmir zamanı bu tip 70-dən çox maşında quraşdırıla bilən aşağı keyfiyyətli O-ringlər şübhə altındadır. Lakin ehtiyat tədbiri olaraq komandanlıq səbəblər aydınlaşdırılana qədər bütün Chinookların uçuşlarının dayandırılmasına qərar verdi.
1960-cı illərdən bəri döyüş meydanında istifadə edilən Chinook helikopterlərinin yerə enməsi əmrin nə qədər davam edəcəyindən asılı olaraq ABŞ əsgərləri üçün logistik problemlər yarada bilər.