Ötən həftə ABŞ-ın cənubundakı Missisipi ştatında həddindən artıq yağan yağış və daşqınlar ştatı içməli su ilə təmin edən sutəmizləyici qurğunu yararsız hala salıb.
"Unikal" xəbər verir ki, su böhranının nə vaxt həll olunacağı bilinməsə də, Bayden fövqəladə vəziyyət elan edib.
Ağ Evdən verilən açıqlamada böhranın həlli üçün lazım olan maliyyənin 75 %-nin 90 gün ərzində federal hökumət büdcəsindən xərclənəcəyi qeyd edilib.
Cekson şəhərində təmizləyici qurğuda yaranan problemə görə minlərlə insan sussuz qalıb. Fövqəladə vəziyyət çərçivəsində Missisipi ştatında Milli Qvardiya səfərbər edilib, məktəblər, müəssisələr və restoranlar bağlanıb.
Qubernator Tate Reeves əhaliyə kran suyu içməmək barədə xəbərdarlıq edib. Ceksonda minlərlə insana təmiz su şüşələri paylanmağa başlayıb.