Ukrayna hüquq-mühafizə orqanları Rusiyaya genişmiqyaslı müdaxilə ilə bağlı 45 547 cinayət qeydə alıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun mətbuat xidməti məlumat yayıb.
"31 059 təcavüz və müharibə cinayəti qeydə alınıb ki, onlardan 29 877-si müharibə qanunlarının və adətlərinin pozulması, 73-ü təcavüzkar müharibənin planlaşdırılması, hazırlanması və ya başlanması və aparılması, 30-u müharibə təbliğatı və 1079 digərləri ilə bağlıdır", - deyə məlumatda qeyd olunub.
Həmçinin milli təhlükəsizliyə qarşı 14 488 cinayət qeydə alınıb ki, onlardan 10 074-ü Ukraynanın ərazi bütövlüyünə və toxunulmazlığına qəsd, 1631-i dövlətə xəyanət , 2070-i birgə fəaliyyət, 150-si işğalçı dövlətə yardım, 6449-u sabot kimi cinayətlərdir.
Gülayə Mecid