“Lukoil” şirkətinin vitse-prezidenti Ravil Maqanov intihar edib.
"Unikal" xəbər verir ki, bu barədə "Mash" teleqram kanalı məlumat paylaşıb.
Bildirilir ki, o özünü Marşal Timoşenko küçəsində yerləşən Mərkəzi Klinik Xəstəxanasının altıncı mərtəbəsindən atıb.
Ravil Maqanov “Tatneft”in baş direktoru Nail Maqanovun qardaşıdır. Maqanov Rusiyanın ən böyük özəl neft şirkətinin yaradıcılarından biridir.
Gülayə Mecid