Erməni general Mikael Arzumanyan yenidən həbs olunub.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Arzumanyanın vəkili Erem Sarkisyan açıqlayıb.
"Gözlənildiyi kimi, məhkəmə öz missiyasını yerinə yetirib və Mikael Arzumanyanı həbs edib. Tamaşa davam edir...", - o , qeyd edib.
Qeyd edək ki, avqustun 30-u Mikael Arzumanyan barəsində 44 günlük müharibə zamanı vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı irəli sürülərək saxlanılıb. Arzumanyan avqustun 31-i sərbəst buraxılmışdı.