Nigeriyada güclü yağışlar 60 nəfərin həyatına son qoyub. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin şimal-şərq hissəsində yerləşən, yağışlar nəticəsində məcrasından çıxan Nqadabul çayından 15 nəfərin cəsədi tapılaraq çıxarılıb. 

Qeyd edək ki, Nigeriyanın şimal-şərqində güclü yağışlar bir neçə gündür ki, davam edir.