Lixtenşteyn parlamentində zəlzələdən sığorta müzakirə edilərkən 4,1 bal gücündə zəlzələ baş verib. Qorxunc anlar kameraya əks olunub.
"Unikal" xəbər verir ki, Lixtenşteyn Assambleyasının dünənki sessiyasında zəlzələdən sığorta mövzusu müzakirə olunub.
Zəlzələdən sığortanın icbari hala salınmasının zəruri olub-olmaması müzakirə olunarkən 4,1 bal gücündə zəlzələ baş verib.
Tərəqqiçi Vətəndaşlar Partiyasının deputatı Bettina Petzold-Mahr güclü zəlzələ olarkən binalara ziyan dəyə biləcəyini müzakirə ediblər. Bu zaman güclü zəlzələ baş verib. Bettina Petzold-Mahr və bəzi deputatlar vəziyyəti təbəssümlə qarşılayıblar.