Avropa Komissiyasının sədri Ursula fon der Leyenin malikanəsinə canavar hücum edib. Sədrin sevimli ponisini canavar parçalayıb.
"Unikal" xəbər verir ki, hər şey Burqdorf-Beynhornda (Aşağı Saksoniya) avropalı siyasətçinin ailəsinin yaşadığı evdən cəmi yüz metr aralıda baş verib.
Poni Dollinin cəsədini AK rəhbərinin əri Heiko fon del Leyen tapıb.
Ursula fon der Leyenin uşaqlıqdan atçılıq idmanı ilə məşğul olduğu məlumdur. O, mülkündə atlar və ponilər saxlayır. Dolli siyasətçinin sevimli ponisi olub.
Hadisədən sonra von del Leyen ailəsinin fermasını baytar həkim ziyarət edərək nümunələr götürüb.