Rusiyanın Çeçenistan Respublikasının lideri Ramzan Kadırov vəzifəsindən gedə bilər.
"Unikal" xəbər verir ki, Kadırov bu barədə “Telegram” kanalında paylaşım edib.
“Dostlar, bu gün öyrəndim ki, Rusiya subyektlərinin hazırkı rəhbərləri arasında vəzifə başında çox qalanam. Çox “oturduğumun” özüm də fərqinə vardım. Düşünürəm ki, müddətsiz və uzun tətilə tam layiqəm", - deyə o, bildirib.