Bahamiyalı yüngül atlet Çavez Hart Şimali Abakoda baş verən cinayət hadisəsində dünyasını dəyişib .
"Unikal" xəbər verir ki, bu barədə Eyewitness News məlumat yayıb.
Mənbənin sözlərinə görə, sentyabrın 3-də səhər saatlarında Hart dayanacaqda baş verən davanın iştirakçısına çevrilib. Dava baş verib və bu zaman iştirakçılardan biri silahı çıxararaq Harta atəş açıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və təcili tibbi yardım maşını gəlib. Həkimlər idmançının ölümünü müəyyən ediblər.
Şübhəli polis tərəfindən tutularaq nəzarətə götürülüb. İstintaq davam edir.
Hart 2016-cı ildə 4x400 metr məsafəyə estafetdə qapalı məkanda keçirilən Dünya Çempionatının gümüş mükafatçısıdır.O, 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Yay Olimpiya Oyunlarında iştirak etmiş, lakin nə 100, nə də 200 metr məsafəyə qaçışda yarımfinala vəsiqə qazana bilməmişdir.
Bundan əvvəl ciu-citsu üzrə səkkizqat dünya çempionu braziliyalı Leandro Lonun San-Pauludakı gecə klubunda dava zamanı öldürüldüyü bildirilirdi .