Orgill Inc-in qurucusu milyarder Cozef Orqillin nəvəsi 34 yaşlı Eliza Fletcher sentyabrın 2-də Tennessi ştatının Memfis şəhərində idman edərkən qaçırılıb.

"Unikal" xəbər verir ki, qızın səhər saat 4:20 radələrində idman məqsədilə qaçırıldığı qeyd edilir.

Elə bu zaman o, qaranlıq yolsuzluq avtomobilinə mindirilərək naməlum istiqamətə aparılıb.

Hazırda müstəntiqlər cinayətin təsadüfi və ya planlı olmasını araşdırır.

Kanalın məlumatına görə, polis adam oğurluğu və sübutları saxtalaşdırmaqda ittiham olunan bir şübhəli, 38 yaşlı Kleote Ebstonu saxlayıb. Polis qaçırılan avtomobili də tapıb. Hazırda itkin düşənlərin axtarışı davam etdirilir.

Fletçer ailəsi qadının harada olduğu barədə hər hansı məlumat üçün 50 min dollar vəd edib. Mövcud məlumata görə, Fletçer uşaq bağçasında müəllim işləyir. Eyni zamanda, o, Orgill Inc-in varisidir. Şirkətin illik satışları 3 milyard dollardan çoxdur.