İsrailin Nazirlər Kabineti ölkə aviaşirkətlərinin Türkiyəyə uçuşlarının bərpasına dair razılaşma layihəsini təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsrailin baş naziri Yair Lapid yazıb.
"Bu gün hökumət Türkiyə ilə İsrail arasında hava əlaqələsinin bərpasına dair razılaşmanı təsdiqləyib. Bundan sonra İsrail aviaşirkətləri İstanbula və Türkiyənin digər şəhərlərinə, eləcə də əks istiqamətdə uçuşlar həyata keçirə biləcək", - deyə Y.Lapid bildirib.