ABŞ-ın Vaşinqton ştatında Myutini-Bey bölgəsində biri uşaq olmaqla on nəfəri daşıyan təyyarə Sakit okeana düşüb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, qəza yerinə Sahil Mühafizəsinin əməkdaşları cəlb edilib.
Bildirilir ki, təyyarənin düşdüyü yerdə təhlükəsizlik zonası yaradılıb.
Axtarışlar zamanı bir qadının cəsədi tapılıb, daha doqquz nəfər itkin düşmüş hesab olunur.