Rusiyanın Kabildəki səfirliyi qarşısında baş verən partlayış nəticəsində azı 25 nəfər ölüb,  onlarla insan yaralanıb.

"Unikal" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı məlumat yayıb. 

Ölənlər arasında Rusiya səfirliyinin iki əməkdaşı da var. Bildirilir ki, partlayış səfirliyin girişində baş verib və Rusiya vizası üçün müraciət etməyə gələn vətəndaşlara qarşı yönəlib.

***12:12

Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında törədilən partlayış nəticəsində 15-20 nəfərin öldüyü və ya yaralandığı güman edilir.

"Unikal" xarici KİV-ə  istinadən xəbər verir ki, yaralananlardan ikisi rusiyalı diplomatlardır.  

***11:13

Əfqanıstanın paytaxtı Kabildə partlayış olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki,  partlayış Rusiyanın Kabildəki səfirliyi yaxınlığında qeydə alınıb. 

Hadisənin təfərrüatları hələlik məlum deyil.