Biz bu hadisəni pisləyirik. Əlbəttə, söhbət terror aktından gedir.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Əfqanıstanın paytaxtı Kabildə, Rusiya səfirliyinin yaxınlığında baş verən partlayışın baş vermə səbəbini araşdırıldığını bildirib.
Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyi partlayış nəticəsində səfirliyinin 2 əməkdaşının öldüyünü açıqlamışdı.